CƏMİYYƏT


Məktəblilər arasında onlayn bilik yarışmasının qalibləri müəyyənləşib

Bakı, 25 may, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "Xəzər" intellektual gənclər klubunun birgə təşkilatçılığı ilə məktəblilər arasında onlayn bilik yarışması keçirilib.

İdarədən AZƏRTAC-a verilən məlumata görə, mübarizəyə məktəblilərdən ibarət 33 komanda qatılıb. Tərkibi 8-10 nəfərdən ibarət kollektivlər hər turda 12 sual cavablandırıb. İki turluq yarışma zamanı hər sualı cavablandırmaq üçün 1 dəqiqə vaxt verilib.

Yarış iştirakçıları ümumi tarix, Azərbaycan və dünya bilgisi, məntiq, ədəbiyyat, planetdə baş verən ictimai-siyasi mövzularla əlaqədar suallara cavab veriblər. Cavabları münsiflər heyəti qiymətləndirib. Ümumi nəticəyə görə, 21 suala düzgün cavab tapan "Latimeriya" komandası birinci yeri tutub. "Ramos-Maricon" və "GRYFFINDOR" komandaları isə 20 sualı düzgün cavablandırdıqlarına görə sonrakı iki pillələrdə qərarlaşıb.

Bilik yarışmasının təşkilində məqsəd məktəblilərin asudə vaxtlarının təşkili ilə yanaşı, həm də onların ümumi biliyini artırmaq, COVID-19 pandemiyasının yaratdığı karantin dövründə evdə qalmalarına baxmayaraq, intellektual səviyyələrini yüksəltməkdən ibarət olub.

Qaliblər karantin dövrü bitdikdən sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin kubok və medalları ilə mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.