İDMAN


Məktəblilər arasında ulu öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib

Bakı, 10 may, AZƏRTAC

Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.

İdarədən AZƏRTAC-a bildiriblər ki, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində təşkil olunan yarışın nəticələrinə əsasən, 244 nömrəli tam orta məktəbin komandası birinci olub. 276 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, 283 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin metodisti Fidan Həsənli iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.