ELM VƏ TƏHSİL


Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğur qazanıblar

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 19-dan 25-dək informatika fənni üzrə Yeniyetmələrin Avropa Olimpiadasına onlayn qatılan məktəblilərimiz uğurlu nəticə əldə ediblər.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, olimpiadanın nəticələrinə əsasən, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev gümüş medala, Quba rayon Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev isə həvəsləndirici mükafata layiq görülüb.

Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell”in Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandası ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən məktəblilərimiz beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 11 gümüş, 25 bürünc olmaqla, ümumilikdə 38 medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.