ELM VƏ TƏHSİL
Məleykə Abbaszadə: Magistratura, rezidentura, dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak ödənişli olacaq VİDEO
Bakı, 28 fevral, M.Dadaşov, AZƏRTAC
Magistratura və rezidenturanın birinci mərhələsi üçün imtahanlar apreldən tez keçirilməyəcək.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 28-də keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə bildirib ki, digər imtahanların vaxtının elan olunması üçün Tarif Şurasının qərarını gözləyirik. Doqquzuncu sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsi bu il martın 5, 12 və 18-də keçiriləcək. Martın 26-da sınaq imtahanlarının keçirilməsini nəzərdə tutmuşuq. Bütün bunların təşkili üçün Tarif Şurasının qərarını gözləyirik.
Onun sözlərinə görə, magistratura, rezidentura, dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak ödənişli olacaq. Bu həftə ərzində Tarif Şurası qərarını elan edəcək. Artıq lazım olan sənədlər Tarif Şurasına təqdim olunub.