ELM VƏ TƏHSİL


Memarlıq və İncəsənət İnstitutunda rəhbər heyətin mülki müdafiə məşqinin keçirilməsi planı müzakirə olunub

Memarlıq və İncəsənət İnstitutunda rəhbər heyətin mülki müdafiə məşqinin keçirilməsi planı müzakirə olunub

Bakı, 26 noyabr, AZƏRTAC

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə (MM) məşqinin planı ilə əlaqədar tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

İcraçı direktor, Fövqəladə Hallar komissiyasının sədri, dosent Xəzər Zeynalov tədbirin keçirilməsinin məqsəd və vəzifələri haqqında məlumat verib. O, əsas məqsədin öyrənilən MM planının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi, rəhbər heyətin bacarıqlarının artırılması olduğunu qeyd edib.

Daha sonra institutun MM qərargah rəisi Cahid Hüseynov müəssisə üzrə mülki müdafiə planı barədə danışıb. Qeyd edib ki, fövqəladə hallar baş verə biləcəyi hallarda institut əməkdaşlarının sağlamlıqlarının qorunması, institutun yerləşdiyi binaya dəyə biləcək ziyanın minimuma endirilməsi bu istiqamətdə görülməli başlıca tədbirlərdən hesab edilir. Fövqəladə halların baş verməsi təhlükəsi barədə xəbərdarlıq institutun xəbərdarlıq zəngi və telefon vasitəsilə məsul növbətçi tərəfindən həyata keçirilir. Yaranan ekstremal vəziyyətdə davranış qaydaları haqqında verilən məsləhət və təlimatlar FH və MM idarəetmə orqanları tərəfindən yerinə yetirilir.

Kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov isə fövqəladə hallara kulturoloji aspektdən yanaşma istiqamətində fikirlər söyləyib. MM-in kulturoloji baxımdan öyrənilməsi, fövqəladə hallar zamanı davranış qaydası və sinergetik mədəniyyətin vacibliyini vurğulayıb.

MM qərargah rəisinin müavini, elmi işçi Elçin Əliyev ekstremal vəziyyət zamanı çıxış yolunun həmin anda yardım göstərməkdə gördüyünü bildirib. O, fövqəladə halların elmi əsasları mövzusunda konfransın keçirilməsini təklif edib.

Sonda MM planı barədə fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.