ELM VƏ TƏHSİL


Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak ediblər

 Bakı, 13 may, AZƏRTAC

AMEA Memarlıq və İncəsənət İnstitutunun baş direktoru akademiyanın müxbir üzvü, professor Ərtegin Salamzadə, Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin müdiri professor Rəna Abdullayeva və böyük elmi işçi sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev Türkiyənin Aydın şəhərində keçirilmiş “Balkanlar, Anadolu, Qafqaz və Türküstanın coğrafiyası, sənəti, mədəniyyəti, tarixi və folkloru” mövzusunda II beynəlxalq konqresdə iştirak ediblər.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, Memarlıq və İncəsənət İnstitutu və Aydın Adnan Menderes Universiteti tərəfindən təşkil olunmuş tədbir professor Ahmet Aytaç və professor Ərtegin Salamzadənin sədrliyi ilə keçirilib.

Beynəlxalq tədbirin açılış mərasimində çıxış edən AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə konqresi beynəlxalq birlik rəmzi kimi dəyərləndirib. O, Adnan Menderes Universitetinin rektoruna Memarlıq və İncəsənət İnstitutunda nəşr olunmuş “Təsviri sənətdə Heydər Əliyev obrazı” kitabını təqdim edib.

Daha sonra professor Ərtegin Salamzadə plenar iclasda “Türk dünyası coğrafiyasında sənət” mövzusunda məruzə ilə çıxış edib.

Konqresdə, həmçinin professor Rəna Abdullayevanın “Multikulturalizm türk ənənəsində və müasir cəmiyyətdə” və sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyevin “Təsviri sənətdə Boz qurd simvolu və onun müasir mədəniyyətdə təfsiri” mövzusunda məruzələri dinlənilib.

Məruzələrlə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Azərbaycan və Türkiyə ilə yanaşı, konqresin işinə Makedoniya, Albaniya, Qazaxıstan, Özbəkistan, Moldova, Rusiya və digər ölkələrdən 137 nümayəndə qatılıb.

Tədbir çərçivəsində, həmçinin təsviri sənət sərgisi təşkil olunub.

Bundan başqa, konqres iştrakçıları Aydın şəhər Arxeoloji Muzeyi və Adnan Menderes Muzeyini ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.