ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universiteti DOST Agentliyi ilə əməkdaşlıq edəcək

Memarlıq və İnşaat Universiteti DOST Agentliyi ilə əməkdaşlıq edəcək

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, sənədə əsasən, tərəflər arasında praktiki əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, bu xüsusda birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması, innovativ təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, universitetin elmi potensialından istifadə etməklə sosial təminat və dövlət xidmətləri üzrə araşdırmaların aparılmasına dəstək, statistika və təhlillərin aparılması sahəsində əməkdaşlığın qurulması, müvafiq sahədə maarifləndirilmə, tələbələr arasında könüllülük fəaliyyətinin təşviq edilməsi və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi memorandumda qeyd olunub.

Qeyd edək ki, memorandumun imzalanması məqsədilə DOST Agentliyinin nümayəndə heyəti AzMİU-da olub. Qonaqlarla görüşdə memorandumda əks olunan əməkdaşlıq istiqamətləri, fəaliyyət sahələri, eləcə də perspektiv imkanlar haqqında geniş fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.