ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universitetinin tələbələri beynəlxalq müsabiqənin diplomlarına layiq görülüblər
Bakı, 28 sentyabr, AZƏRTAC
Memarlıq Təhsilinə Beynəlxalq İctimai Yardım Təşkilatının (MOOCAO) rəhbərliyi və təşkilatçılığı ilə buraxılış işlərinin və magistr dissertasiyalarının XXX beynəlxalq baxış-müsabiqəsi Rusiya Federasiyasının Tambov şəhərində keçirilib.
Müsabiqədə ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin müəllimləri İlqar Əliyev və Fəridə Qasımova, Memarlıq fakültəsinin bakalavr və magistr səviyyəsi üzrə tələbələri təmsil ediblər.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, buraxılış işləri yüksək qiymətləndirilən tələbələrimiz MOOCAO müsabiqəsinin 1-ci (7 iş bakalavr, 4 iş magistr), 2-ci (13 iş bakalavr) və 3-cü (3 iş bakalavr, 1 iş magistr) yerlərinə layiq görülüblər. Müsabiqədə Rusiya, Qazaxıstan, Moldova və digər ölkələrdən yüzlərlə müəllim və tələbə iştirak edib.