Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Memorial.az saytı - “Yaddaş kitabı”nın təqdimatı keçirilib

Saytın yaradılmasında əsas məqsədlərdən biri tarixi yaddaşın formalaşdırılmasına sistemli yanaşma tətbiq etməkdir

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Bakıda Memorial.az saytı - “Yaddaş kitabı”nın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, 44 günlük Vətən müharibəsi tamamilə yeni Azərbaycan dövlətinin və yeni Azərbaycan xalqının qanla və torpaqla yoğrulduğu epoxal bir andır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh və milli ləyaqətin təntənəsidir.

Səadət Yusifova qeyd edib ki, ötən bir il ərzində biz yenilənmiş Azərbaycana daxildən və xaricdən baxışın fundamental dəyişməsinin, ölkəmizə və xalqımıza qarşı oturuşmuş stereotiplərin dağılmasının, dünyanın tamamilə yeni bir Azərbaycanı kəşf etməsinin şahidi olduq. Prezident İlham Əliyevin BMT-nin 76-cı sessiyasındakı tarixi çıxışı XXI əsrin əsas paradiqmasına çevriləcək ümumbəşəri prinsip kimi ədalətə çağırışdır, hər bir azərbaycanlının düşündüyü və bütün dünyaya çatdırmaq istədiyi mesajdır.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi. Bu, yəqin ki, BMT-nin yarandığı vaxtdan bu günə qədər dünyada ilk belə haldır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında ikili standartlara və selektiv yanaşmaya yol verilməməsi üçün qurumun qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var. Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır.

Prezident Administrasiyası rəsmisi deyib: “Biz 44 günlük müharibənin və Zəfərimizin doğurduğu yeni reallığın yalnız Cənubi Qafqaza deyil, bütövlükdə regiona yaxın və orta müddətli perspektivdə təsirini görsək də, uzunmüddətli perspektivdə onun doğurduğu nəticələrin yeni dünya nizamı üçün qlobal əhəmiyyətini bəlkə də hələlik, sona qədər dərk etmirik. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan xalqı müzəffər xalq kimi öz adını dünya tarixinə yazdı. Zəfərimizin əks-sədasını biz hələ uzun müddət duyacaq və eşidəcəyik. Bu Zəfərin əsasında Azərbaycan Prezidentinin uzunmüddətli hədəflərə hesablanmış çoxşaxəli strategiyası, ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatik, informasiya istiqamətlərində güclənməsi və möhkəmlənməsi məqsədilə uzun illər ərzində böyük əzmlə gördüyü işlər və Prezident – ordu - xalq birliyi dayanır.

Dünən Azərbaycan xalqı Vətən müharibəsinin başlanmasının birinci ildönümünü, birinci Anım və milli qürur gününü qeyd edirdi və biz bu gün burada Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş yeni layihənin – memorial.az saytının - “xalqın yaddaş kitabı”nın təqdimatında iştirak edirik”.

Qeyd olunub ki, hər bir azərbaycanlı üçün Yaddaş kitabı yalnız Vətəni uğrunda şəhid olmuş qəhrəmanların fədakarlıqlarının xatırlanması deyil, həm də onların əmanəti olan bu Vətənin daha da güclənməsi üçün bizim üzərimizə düşən məsuliyyətin dərk edilməsidir. Bu, ərazi bütövlüyünün, istiqlalın və Zəfərin asanlıqla əldə olunmadığının bir xatırlatmasıdır, Azərbaycan xalqının həmrəyliyinin və dövlətimizin qüdrətinin daha bir nişanəsidir. Şəhidlərimizin fədakarlığının bu mahiyyəti xalq olaraq kollektiv idrakımızda daim əks olunacaq, çünki Azərbaycanın ərazi bütövlüyü onların canları hesabına inşa edilmiş abidədir. Memorial.az saytı da məhz həmin “yaddaş kitabı”dır.

Memorial.az saytının yaradılmasının məqsədindən danışan Səadət Yusifova vurğulayıb ki, şəhidlər mövzusu Azərbaycan xalqı üçün həmişə həssas və müqəddəs mövzudur. Vətən müharibəsinin gedişində və müharibədən sonra müxtəlif informasiya resurslarında, media orqanlarında şəhidlərimiz haqqında müxtəlif məlumatlar paylaşılır. Bu məlumatlar cəmiyyətdə böyük maraqla qarşılansa da, informasiyanın yayılması pərakəndə və sistemsiz xarakter daşıyır. Memorial.az saytının yaradılmasında da əsas məqsədlərdən biri bu pərakəndəliyi aradan qaldıraraq, tarixi yaddaşın formalaşdırılmasına sistemli yanaşmanı tətbiq etmək, hər bir qəhrəmanımız haqqında müfəssəl məlumatları vahid elektron resursda cəmləşdirmək, onları Azərbaycan xalqına daha yaxşı tanıtmaqdır. Perspektivdə saytın funksionallığının və əhatəsinin daha da artırılması nəzərdə tutulur. Bununla bağlı 2016-cı il Aprel döyüşləri şəhidlərinin, atəşkəs dövrünün şəhidlərinin, Birinci Qarabağ müharibəsi şəhidlərinin və ümumilikdə münaqişənin gedişində həlak olmuş hərbi qulluqçuların və mülki şəxslər haqqında da məlumatların sistemləşdirilməsi nəzərdə tutulur.

“Vurğulamaq istərdim ki, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinin, doğmalarının hər zaman qayğı ilə əhatə olunması dövlətimizin əsas vəzifələrindən biridir. Həm şəhidlərin ailə üzvləri, həm sağlamlığını itirən qazilərimizin sosial müdafiəsi Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir”, - deyə Administrasiya rəsmisi qeyd edib.

Daha sonra çıxış edən memorial.az saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, indiyə qədər istər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində şəhidlərimizlə bağlı çoxlu sayda məlumatlar dərc edilib. Məlumatlar geniş şəkildə yayılsa da, pərakəndəlik var idi. Şəhidlərimizlə bağlı məlumatların davamlı olmasını istəyirik. Saytda daha geniş məlumatlar üçün şəhid ailələri ilə sıx əlaqədə olacağıq. Bəzi şəhidlərin övladları məktəbə getdi, onlar barədə məlumat yerləşdirmişik, bəzi şəhidlərin övladlarını onların dostları məktəbə apardı. Bundan sonra onların virtual həyatlarını davam etdirəcəyik.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib ki, memorial.az - yaddaş kitabının yaradılması şəhidlərimizin müqəddəs əməllərini tarixiləşdirmək və gələcək nəsillərə ötürmək baxımından mühüm hadisədir. 2907 şəhidin və itkin düşən 7 nəfərin sırasında polkovnikdən mükəlləfiyyətli əsgərə qədər xalqımızın seçilmiş övladları var.

“Ötən il bu vaxt arxa və ön cəbhə birləşdi. Millətin düşmənə qarşı səngəri vahid oldu - tikəsini əsgərlə bölüşən hər bir insan, yaralıya qanını verən istənilən soydaşımız, evini və isti ocağını paylaşan hər bir ailə ordumuzla eyni sırada döyüşdü. Müharibə başlayanda onun nə qədər sürəcəyi bəlli deyildi. Ona görə də savaş təkcə gənclərimizi deyil, həmçinin onların quracağı yeni ailələri, doğulacaq sabahkı övladları da əlimizdən alıb. Lakin qanını torpağa verən oğulların əvəzinə Vətən və azadlıq, sevinc və bütövlük doğulub”, - deyə Zahid Oruc vurğulayıb.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, postmüharibə dövründə 30 mindən çox şəxsə sosial müdafiə dəstəyi göstərilib, 7900-dən çox şəhid ailəsi üzvlərinə 15700-dən artıq sosial ödəniş həyata keçirilib. Bu il Prezident İlham Əliyevin sərəncam və fərmanları ilə sosial ödənişlərdə ciddi artımlar müşahidə olunub. Bunun nəticəsində Vətən Müharibəsi Qəhrəmanı olan şəxslərə aylıq 2000 manat ayrılıb, müharibə əlillərinin təqaüdləri artırılıb. 2021-ci ildə mənzil və fərdi ev təminatı 5 dəfə artırılıb, növbəti illərdə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulur. Bu il isə 3000 mənzil və fərdi ev veriləcək ki, artıq onlardan 1600-ü təqdim olunub.

Nazir müavini diqqətə çatdırıb ki, hərbi əməliyyatlardan sonra bütün şəhid ailələri ziyarət olunub, ehtiyacları öyrənilib. Mühüm tədbirlərdən biri odur ki, 142 hərbçi son nəsil yüksək texnologiyalı protezlə təmin edilib, 1500 qaziyə reabilitasiya xidmətləri göstərilib. 8000 vətəndaş aktiv məşğulluq tədbirlərinə cəlb olunub, "Məşğulluq marafonu" ilə 765 şəhid ailəsi üzvü işlə təmin edilib. Şəhid ailəsi üzvlərinin sosial xidmətlərə və digər hərbi, tibbi xidmətlərə çıxışı üçün Vahid Əlaqələndirmə Mərkəzindən 1000-ə yaxın bu təbəqəyə aid şəxslər istifadə ediblər. Sosial Xidmətlər Agentliyi tərəfindən "Unudulmaz" mobil tətbiqi hazırlanır. İyun ayında bu tətbiqin ilkin təqdimatı olub, bu, şəhid və qazilərimizin döyüş yolu, təltifləri, cəmiyyətə daha yaxından tanıdılması məqsədi daşıyır.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov bildirib ki, ordumuz 44 gündə hər gün irəli gedib. Vətən müharibəsində Qələbə qazanmağımızın bir neçə əsas səbəbi var. Onlardan biri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu müharibəyə rəhbərlik etməsi idi. Müharibə başlayan ilk gündən etibarən Ali Baş Komandan cəbhədəki vəziyyətə birbaşa nəzarət edirdi. Hər gün döyüş planı təsdiqlənir, tapşırıqlar verilir, müzakirələr aparılırdı. Bu Qələbədə xalq-ordu birliyinin xüsusi rolu var. Qələbənin əldə edilməsinin digər bir amili də əsası 1971-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hərbi liseyin yaradılmasıdır. Bunun sayəsində Azərbaycanda peşəkar milli hərbçilərin yetişdirilməsi mümkün oldu.

Aprel döyüşlərinin şəhidi Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə qəhrəman şəhidin həyatından, keçdiyi döyüş yolundan danışıb və memorial.az saytının əhəmiyyətini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ