ELM VƏ TƏHSİL


“Mən Azərbaycanlıyam” mövzusunda yaradıcılıq müsabiqəsi elan edilmişdir

Bakı, 4 fevral (AZƏRTAC). Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Mən Azərbaycanlıyam” mövzusunda yaradıcılıq müsabiqəsi elan edilmişdir.

BŞTİ-dən AZƏRTAC-a bildirmişlər ki, paytaxtın ümumtəhsil məktəblərinin müəllimləri və VIII – XI sinif şagirdləri arasında elan olunmuş müsabiqə üç mərhələdə həyata keçirilir.

Müsabiqə konfrans, inşa yazı, bədii qiraət, fərdi internet səhifəsi (veb-sayt, bloq), o cümlədən şagird və müəllimlərin slaydları (təqdimatları) layihələri üzrə aparılır. Təqdim edilən layihələr nominasiyalar üzrə qruplaşdırılır və hər bir nominasiya üzrə qiymətləndirmə meyarı müəyyən edilir.

Şərtlərə uyğun olaraq təqdim edilən işlər münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndiriləcək və səsvermə yolu ilə seçiləcəkdir. Yekun mərhələdə isə kompyuter layihələri üzrə iştirakçılar öz işlərini nümayiş etdirərək müdafiə edəcəklər. Yekun turda isə şəhər təşkilat komitəsi, həmçinin yekun tur üzrə münsiflər heyəti ən yaxşı işləri və müsabiqənin qaliblərini müəyyən edəcəklər.

Müsabiqənin şərtlərinə görə, qaliblərə hər bir nominasiya üzrə bir I dərəcəli, iki II dərəcəli və üç III dərəcəli diplomlar veriləcəkdir.

Birinci yerin qalibləri həm də təqaüdə layiq görüləcəklər. Ayrı – ayrı nominasiyalar üzrə diqqəti cəlb edən digər işlərin müəllifləri həvəsləndirici diplomlarla mükafatlandırılacaqlar.

Finalda isə qaliblərin iştirakı ilə bədii hissə olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.