“Mən ağacam” tamaşası “YUĞ”da nümayiş olunacaq
AzerTAg.az
Bakı, 3 oktyabr, AZƏRTAC
“YUĞ” Dövlət Teatrının repertuarında ən yeni tamaşalardan olan “Mən ağacam” adlı səhnə əsəri oktyabrın 19-da teatrsevərlərin ixtiyarına veriləcək.
AZƏRTAC xəbər verir ki, dünya şöhrətli yazıçı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır.
Tamaşada Xalq artisti Məmmədsəfa Qasımov, aktyorlar Təranə Ocaqverdiyeva, Elgün Həmidov və Ləman Mərrih çıxış edir.
Radio aparıcıları Orxan Pamukun “Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, romandakı gizli mənaları açmağa çalışırlar.
Tamaşanın xronometrajı 1 saat 10 dəqiqədir.

Xəbərin mətnində orfoqrafik səhv var