MƏDƏNİYYƏT


“Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də Bakı Xətai Sənət Mərkəzində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin gənc rəssamları arasında keçirilən “Məndə sığar iki cahan” adlı onlayn rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “Nəsimi ili” çərçivəsində reallaşan sərgi Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə gerçəkləşib.

Sərginin açılışından öncə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək müsabiqə haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi mədəni müxtəliflik dəyərləri ideyasının təbliğ edilməsi, MDB məkanında gənc istedadların aşkar edilməsi və onlarda yaradıcılıq axtarışlarının inkişaf etdirilməsi, habelə vizual incəsənət və internet imkanlarından istifadə etməklə məşhur Azərbaycan filosofu və şairi İmadəddin Nəsiminin yaradıcılığına diqqətin artırılması olub.

Qeyd edilib ki, müsabiqədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Gürcüstan, Türkmənistan, Estoniya və Türkiyədən olan rəssamlar fəal iştirak ediblər. 2000-dən çox iştirakçının işinin təqdim olunduğu müsabiqədə 100 əsər münsiflər heyəti tərəfindən seçilib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb. Vurğulanıb ki, “Məndə sığar iki cahan” sərgisində nümayiş edilən rəsm əsərləri məna və məzmun baxımından fərqli əsərlərdir. A.İbrahimov müsabiqədə iştirak edən hər kəsə yaradıcılıq uğurları arzulayıb.

Sonra münsiflər heyətinin iştirakı ilə müsabiqənin dörd nominasiya üzrə (rəngkarlıq, qrafika, heykəltəraşlıq; foto; kompüter qrafikası; installyasiya) qalibləri mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.