SİYASƏT
Mendel Şamama: Azərbaycan tolerantlıq təcrübəsi ilə dünya ölkələrinə nümunədir VİDEO
Strasburq, 26 iyun, AZƏRTAC
Bu gün Azərbaycan tolerantlığına, birgə yaşayışına, insanların öz aralarında harmoniyada yaşama tərzinə görə dünya ölkələrinə nümunədir.
Bu fikri Strasburqun ravini Mendel Şamama Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında “Avropada antisemitizmin qarşısının qalınması və ona qarşı mübarizə” adlı məruzənin müzakirəsindən sonra AZƏRTAC-a verdiyi müsahibədə deyib.
“Azərbaycana səfərimi yaxşı xatırlayıram. Küçələrdə özümü rahat hiss edirdim. Düzünü deyim ki, özümü dünyanın heç bir ölkəsində Bakıdakı kimi təhlükəsiz hiss etməmişəm”, - deyə yəhudi ravin Azərbaycandakı mehriban birgəyaşam tərzini xüsusi vurğulayıb.
Qeyd edib ki, bu gün antisemitizm sahəsində Azərbaycan öz təcrübəsi ilə dünya ölkələrinə dərs verə bilər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq