MƏDƏNİYYƏT


“Mənim savaşım” monotamaşası Rus Dram Teatrında

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 25-də Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Xalq artisti Aleksandra Nikuşinanın “Mənim savaşım” adlı monotamaşası nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərinə həsr olunan tamaşa Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə təqdim ediləcək. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, dekorasiya üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorovdur.

Xatırladaq ki, premyerası ötən ilin 8 noyabrında – Zəfər bayramında keçirilən monotamaşa Aleksandra Nikuşinanın Qarabağ münaqişəsi mövzusunda yazdığı şeirlər əsasında səhnələşdirilib. Xalq artistinin “Bu, mənim də savaşımdır” adlı poetik silsiləsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi diplomuna layiq görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.