MƏDƏNİYYƏT
“Mənim yolum” adlı xatirə sərgisi
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, N.Məmmədov Azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Onun adı uşaqlığımızın ən sevimli cizgi filmləri ilə bağlıdır. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan N.Məmmədov Azərbaycanda animasiyasının inkişafına əvəzsiz töhfələr verib. O, həm də rəngkarlıq, qrafika ilə məşğul olub, uşaq kitablarına illüstrasiyalar çəkib.
Noyabrın 5-dək davam edəcək sərgidə Nazim Məmmədovun ən məşhur işləri nümayiş olunacaq. Sərgiyə giriş sərbəstdir.
N.Məmmədov 1934-cü ildə Bakıda anadan olub. 1957-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1961-ci ildə Moskvada “Soyuzmultfilm” kinostudiyasında multiplikasiya kurslarını başa çatdırdıqdan sonra “Azərbaycanfilm” kinostudiyasında rejissor-multiplikator işləyib. Özünün birinci, eləcə də Azərbaycanın ilk cizgi filmi olan “Ayı və siçan”ı 1970-ci ildə çəkib. “Azərbaycanfilm” kinostudiyasında 40 sənədli filmin istehsalında iştirak edən N.Məmmədov 1988-ci ildə “Göyçək Fatma” adlı 5 hissədən ibarət respublikada ilk multfilm-operanı yaradıb.
Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da vəfat edib.