İQTİSADİYYAT


Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar bəlli olub

Bakı, 5 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanları elan edib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu oktyabrın 5-i Yasamal rayonu A.M.Şərifzadə küçəsi, 196 (Yeni ünvan sisteminə görə Məhəmmədşərif Həmidov küçəsi, 56) ünvanında, oktyabrın 9-da isə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3137-ci məhəllə (Yeni ünvan sisteminə görə A.M.Şərifzadə küçəsi, 37) ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.