SİYASƏT


Mərakeş və Mavritaniya KİV-ləri AZƏRTAC-ın beynəlxalq və regional media qurumlarına müraciətini yayıblar

Rabat, 6 iyun, AZƏRTAC

Mərakeş və Mavritaniyanın xəbər portalları AZƏRTAC-ın beynəlxalq media qurumlarına “Azərbaycanın azad olunmuş torpaqlarında jurnalistlər minaya düşüblər” sərlövhəli müraciətini yayıblar.

AZƏRTAC xəbər verir ki, Mərakeş və Mavritaniya KİV-ləri Azərbaycanın Ermənistandan minalanmış ərazilərin xəritəsini almaq üçün bütün mümkün üsullardan istifadə etdiyini bildiriblər. Ermənistan isə nəinki onları təqdim etməyib, üstəlik yeni minaları basdırmaq üçün erməni təxribatçı qruplarını göndərib. Bu qeyri-insani hərəkətlər nəticəsində müharibə başa çatdıqdan sonra 7 ay ərzində 120-dən çox insan öldürülüb və yaralanıb.

Məlumatda, həmçinin AZƏRTAC-ın üzv olduğu beynəlxalq media qurumlarına - Dünya Xəbər Agentlikləri Konqresinin (NAWC), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA), Avropa Xəbər Agentlikləri Alyansının (EANA), İslam Əməkdaşlıq Təşkilatı Ölkələrinin Milli Xəbər Agentlikləri Birliyinin (UNA), MDB-nin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (АНИА), Ərəb Ölkələri Xəbər Agentlikləri Təşkilatının (FANİA), bu təşkilatların üzvü olan agentliklərin və digər beynəlxalq media qurumlarının rəhbərlərinə iyunun 4-də Azərbaycan jurnalistlərinin Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olması və yaralanması ilə əlaqədar müraciətinin mətni də yerləşdirilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.