İDMAN


“Mercedes” komandası 2020-ci il mövsümü üçün yeni bolidini nümayiş etdirib

Bakı, 14 fevral, AZƏRTAC

“Mercedes” komandası 2020-ci il mövsümü üçün yeni bolidini nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, əvvəlki dizayndan ciddi fərqlənməyən avtomobil rəngini saxlayıb. Komandanın heyəti də dəyişilməz qalıb. Belə ki, britaniyalı yeddiqat dünya çempionu Luis Hamilton və finlandiyalı Valtteri Bottas komandanın heyətində yer alıblar.

Qeyd edək ki, “Mercedes” 2014-cü il mövsümündən etibarən Formula 1-də liderlik edir. Komanda son 6 mövsümdə 6 dəfə Konstruktorlar kubokunu qazanıb. “Mercedes” pilotları da 6 dəfə dünya çempionatının qalibi olublar. L.Hamilton titulların beşini qazanıb. Niko Rosberq isə bir dəfə dünya çempionluğunu əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.