İQTİSADİYYAT
Mərdəkan qəsəbəsində Ağciyər Vərəm Sanatoriyası istifadəyə veriləcəkdir
Bakı, 29 dekabr (AZƏRTAC). Mərdəkan qəsəbəsində 2 nömrəli Ağciyər Vərəm Sanatoriyasının əsaslı təmiri başa çatdırılmışdır.
Xəzər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 70 çarpayılıq, iki mərtəbəli və iki korpuslu bina tam hazır vəziyyətə gətirilmişdir. Binada havalandırma və istilik sistemləri qurulmuş, bütün kommunikasiya xətləri yenilənmiş, qazanxana tikilmiş, həyətdə abadlıq işləri görülmüşdür.
Sanatoriya ən müasir tibbi avadanlıqlarla təchiz olunacaqdır. Hazırda avadanlıqların quraşdırılması işləri gedir.
Səhiyyə ocağının bu günlərdə təhvil verilməsi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]