DÜNYA


Mərkəzi Afrika Respublikasında üç Çin vətəndaşı öldürülüb

Bakı, 6 oktyabr, AZƏRTAC

Mərkəzi Afrika Respublikasında (MAR) cinayətkar dəstə üzvləri üç Çin vətəndaşını öldürüb, birini ağır yaralayıblar.

AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, Sosso-Nakombo şəhərindən keçən çayda 4 Çin vətəndaşını gəzdirən qayıq aşıb. Qəzadan sonra qayığı idarə edən yerli sakin yoxa çıxıb. Anidən hadisə yerinə gələn cinayətkar dəstə üzvləri quruya çıxan çinlilərə atəş açıblar. Nəticədə 3 nəfər ölüb, biri ağır yaralanıb.

Çinin MAR-dakı səfiri baş nazir və daxili işlər naziri ilə görüşərək, hadisəni törədənlərin tapılmasını və cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.