İQTİSADİYYAT


“Mərkəzi Azəri” platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilir

Bakı, 19 aprel, AZƏRTAC

“Azəri-Çıraq-dərinsulu Günəşli” (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq aprelin 15-dən “Mərkəzi Azəri” platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

O bildirib ki, plana əsasən, “Mərkəzi Azəri” platformasından hasilat təxminən 2 həftə ərzində dayandırılacaq.

Həmçinin oktyabrın 15-də “Qərbi Çıraq” platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək. Bu platformada da hasilat təxminən 2 həftəlik dayandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.