İQTİSADİYYAT


Mərkəzi Bank əmanətlərin sığortalanması mövzusunda seminar keçirib

Mərkəzi Bank əmanətlərin sığortalanması mövzusunda seminar keçirib

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının əməkdaşları üçün “Əmanətlərin sığortalanması” mövzusunda seminar keçirib.

Mərkəzi Bankınbeynəlxalq əməkdaşlıq və kommunikasiya departamentindən AZƏRTAC-a bildiriblər ki, bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin Resurslar və Maarifləndirmə Xidmətinin Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə keçirdiyi seminar “Bilik mübadiləsi” layihəsi çərçivəsində reallaşıb.

Seminar bankların əməliyyat və müştəri xidmətləri departamentlərində çalışan əməkdaşlarını əmanətlərin sığortalanmasında dünya və yerli təcrübə, “Əmanətlərin sığortalanması haqqında” qanuna əlavə edilmiş dəyişikliklər haqqında məlumatlandırmaq məqsədi daşıyıb. Eyni zamanda, görüşdə səslənən, eləcə də Fondun qaynar xəttinə daxil olan suallara aydınlıq gətirilib.

İnteraktiv formada keçirilən seminar zamanı iştirakçıların təcrübədə üzləşdiyi çətinliklər müzakirə olunub, onlara lazımi tövsiyələr verilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.