Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Mərkəzi Bank nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı keçirilmiş müsabiqənin qaliblərini mükafatlandırmışdır

Mərkəzi Bank nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı keçirilmiş müsabiqənin qaliblərini mükafatlandırmışdır

Bakı, 14 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi məqsədilə təşkil olunan “Nağdsız ödənişlər üzrə lider bank” və “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyaları üzrə stimullaşdırıcı kampaniyanın təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev çıxış edərək, müasir cəmiyyətdə nağdsız ödəniş sisteminin inkişafını yüksək mədəniyyət göstəricisi, şəffaflığın təmin olunması və iqtisadi fəallığın dəstəklənməsinin mühüm elementlərindən biri kimi qeyd etmişdir. Bildirilmişdir ki, Mərkəzi Bank ölkədə nağdsız ödənişlərin artırılmasını prioritet vəzifələrindən biri hesab edir və nağdsız ödəniş infrastrukturunun yaradılması, inkişafı və istifadəsinin kütləviləşdirilməsi istiqamətində davamlı olaraq müxtəlif layihələr həyata keçirir.

Nağdsız ödənişlərin artırılmasının əhəmiyyətini qeyd edən Alim Quliyev demişdir ki, artım nəticəsində bank sisteminin resurs bazası genişlənir, faiz dərəcələri azalır, iqtisadiyyatın kapitallaşdırılması imkanları çoxalır və nəticədə iqtisadi artım sürətlənir. Nağdsızlaşma makroiqtisadi idarəetməni asanlaşdırmaqla iqtisadiyyata təsir vasitələrini gücləndirir. Nağdsız ödənişlərin üstünlük təşkil etdiyi şəraitdə iqtisadiyyatda maliyyə intizamı güclənir, şəffaflıq artır.

Diqqətə çatdırılmışdır ki, son 10 ildə Mərkəzi Bank tərəfindən müasir texnologiya və arxitekturaya malik Milli Ödəniş Sisteminin yaradılması nəticəsində ölkədə nağdsız dövriyyənin həcmi əhəmiyyətli dərəcədə böyümüşdür. 2003-cü ildən bəri nağd pulun manatla geniş pul kütləsində xüsusi çəkisi 20 faiz bəndi azalmışdır. Elektron Milli Ödəniş Sistemi infrastrukturu vasitəsilə 2013-cü il ərzində aparılmış ödənişlərin həcmi 128 milyard manat təşkil etmişdir ki, bu da ümumi daxili məhsula nisbətdə 2,3 dəfə çoxdur.

Vurğulanmışdır ki, son zamanlar dövlətimizin başçısı tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və “elektron hökumət” quruculuğunun inkişaf etdirilməsi məqsədilə vergi, gömrük, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi üzrə bir sıra tapşırıqlar verilmişdir. Verilmiş tapşırıqların qısa müddət ərzində səmərəli icra edilməsi aidiyyəti dövlət orqanlarının daxili informasiya sistemlərinin Milli Ödəniş Sistemi infrastrukturuna inteqrasiya olunması məsələsini daha da aktuallaşdırmışdır.

Qarşıya qoyulmuş məqsədlərə nail olunması və vergi, rüsum, icarə haqqı, digər büdcə ödənişlərinin nağdsız ödəniş mexanizmlərindən istifadə edilməklə toplanmasının təmin olunması üçün Mərkəzi Bank tərəfindən xüsusi layihə həyata keçirilmişdir. Qısa istismar dövründə Hökumət Ödəniş Portalı (HÖP) artıq Milli Ödəniş Sistemi infrastrukturunun sosial əhəmiyyətli əsas komponentlərindən birinə çevrilmişdir. Görülmüş işlər nəticəsində 5 kommunal xidməti təşkilatı və 7 hökumət qurumunun daxili informasiya sistemi HÖP-ə inteqrasiya olunmuşdur. HÖP üzrə sənəd sayı isə keçən ilin müvafiq dövrünə nisbətən 4,3 faiz artaraq 24 milyon ədəd, ödənişlərin həcmi isə ötən ilin müvafiq dövrünə nisbətən 48,2 faiz artaraq 713 milyon manat təşkil etmişdir.

Hazırda ölkənin bütün regionlarında 42 bankın və “Azərpoçt” MMC-nin birlikdə 1500-dən artıq ödəniş məntəqəsində həmin təşkilatlar üzrə ödənişlər nağd formada və sistemin internet resurslarından istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız formada qəbul edilir.

Milli Ödəniş Sistemi infrastrukturu daha da genişləndirilmiş, regionlarda əhalinin və təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanları təmin edilmişdir. Bütövlükdə, ölkədə fəaliyyət göstərən 700 bank filialının yarısı regionların payına düşür. Ötən il 50 yeni bank filialının fəaliyyəti lisenziyalaşdırılmışdır ki, onlardan da 19-u regionlarda fəaliyyətə başlamışdır. Mərkəzi Bank tərəfindən maliyyə xidmətlərinin göstərilməsi üçün müvafiq icazə verilmiş poçt filiallarının sayı 63-ə, onların tərkibində poçt şöbələrinin sayı isə 952-yə çatmışdır.

Bu il qarşıda duran əsas vəzifə yaradılmış potensialdan və infrastruktur imkanlarından daha səmərəli istifadə olunması, habelə beynəlxalq təcrübədən yararlanmaqla nağdsız ödənişlərin çeşidinin, səmərəliliyinin və tətbiqi dairəsinin genişləndirilməsinə nail olmaqdır. Eyni zamanda, cəmiyyətdə yüksək ödəniş mədəniyyətinin, elektron ödəniş xidmətləri və nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin inkişafı üçün geniş təbliğat və təşviqat kampaniyası bankların daim diqqət mərkəzində olmalıdır.

Eyni zamanda, Mərkəzi Bank tərəfindən 2014-cü ildə də nağdsız ödənişlərin inkişafı üzrə əlavə iki yeni nominasiya təsis edilmişdir. Bunlar elektron ticarətin stimullaşdırılması üçün “Elektron ticarətin inkişafında lider bank” və müştəriləri tərəfindən POS-terminal şəbəkəsində daha çox nağdsız əməliyyat aparmış banklar üçün “Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” nominasiyalarıdır.

Jurnalistlər arasında da “Nağdsız ödənişlərin sürətli inkişaf meylləri: reallıq və perspektivlər” mövzusunda məqalə müsabiqəsi keçiriləcəkdir. Hər üç yeni nominasiya üzrə şərtlər Mərkəzi Bankın internet səhifəsində yerləşdiriləcək və bu istiqamətdə həyata keçiriləcək tədbirlər nağdsız cəmiyyətin formalaşmasına mühüm töhfə verəcəkdir.

Sonra A.Quliyev “Nağdsız ödənişlər üzrə lider bank” və həm də “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyaları üzrə keçirilən tədbirlərdə iştirak edən bütün banklara bu istiqamətdə görülmüş işlərə və birgə əməkdaşlığa görə təşəkkür etmiş, qalib və təltif edilən bankların siyahısı elan olunmuşdur.

Münsiflər heyətinin qərarı ilə “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə birinci yerə “Bank of Baku”, ikinci yerə “Azərbaycan Sənaye Bankı”, üçüncü yerə isə “Dəmir Bank” layiq görülmüşdür.

“Elektron bankçılıqda lider bank” nominasiyası üzrə isə birinci yeri “Azərbaycan Beynəlxalq Bankı”, ikinci yeri “Bank Respublika”, üçüncü yeri isə “Bank of Baku” tutmuşdur.

Bunlardan başqa, “Kapital Bank”, “Unibank”, “YapıKredi Bank Azərbaycan”, “AGBank”, “AccessBank”, “Paşa Bank”, “Bank Silk Way”, “NaxçıvanBank”, “Amrahbank” təşəkkür məktubu ilə təltif olunmuşlar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar