İQTİSADİYYAT


Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 1 aprel, AZƏRTAC

Aprelin 1-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101279S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 3 investor tərəfindən qiymət intervalı 99.4416 AZN (7.22 faiz) və 99.4773 AZN (6.76 faiz) olan 4 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37 milyon 701 min 500 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.4416 AZN (7,22 faiz), orta ölçülmüş qiyməti 99.4651 AZN (6.91 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 37 milyon 701 min 500 AZN-dir. Notlar aprelin 29-da ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.