ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxana 20 Yanvar faciəsi ilə bağlı virtual sərgi hazırlayıb

Bakı, 19 yanvar, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanası qan yaddaşımıza əbədi həkk olmuş 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar virtual sərgi hazırlayıb.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib. Bildirilib ki, virtual sərgidə 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan, rus və digər dillərdə məlumatlar, kitablar, qəzet və jurnal məqalələri nümayiş etdirilir.

Burada Aydın Balayev və Rasim Mirzənin “20 Yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər”, İsmayıl Vəliyevin “Qara gündəlik”, Ülvi Bünyadzadənin “Bir ölümün acığına”, Qulu Kəngərlinin “Qara yanvar şəhidləri” və “Erməni lobbisi... Azərbaycan faciəsi”, Abdulla Qurbaninin “Şəhidlər dastanı”, Əsgər Abdullayevin “Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən”, Aydın Rüstəmovun “Erməni təcavüzünün xronikası” kitabları və digər nəşrlər sərgilənir.

Kitablarda 1988-1990-cı illərdə Azərbaycanda gedən və son nəticədə 20 Yanvar hadisələrinə gətirib çıxaran proseslər təhlil olunub. Həmçinin 1990-cı ilin Qanlı Yanvarından başlayaraq son vaxtlara qədər xalqımızın azadlığı, Vətənimizin müstəqilliyi, torpaqlarımızın erməni işğalçılarından azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidlər barədə yazılmış oçerklər yer alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.