ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana “Açıq kitabxana” layihəsini davam etdirir
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) kitab əldə etmək imkanı məhdud olan təhsil müəssisələrinə, AMEA-nın institutlarına kitabların əlçatan edilməsi, mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsinin icrasına davam edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, Ekoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyinə 176, “Xəzər” Etno Art Muzey Mərkəzinə 296, Dövlət Gömrük Komitəsinə 61, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyinə 66 sənəd təqdim edilib.
Xatırladaq ki, MEK “Açıq Kitabxana” layihəsinə 2016-cı ilin mayından başlayıb. Bu günə qədər onlarla müəssisə və təşkilata minlərlə kitab təqdim olunub.