ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxana Azərbaycan diaspor könüllülərini təltif edib

Bakı, 3 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya” təlimlərində iştirak edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan diaspor könüllüləri ilə görüş keçirilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, direktor Sevil Zülfüqarova kitabxanada keçirilən onlayn “Vikipediya” təlimlərinin məqsədindən bəhs edib. “Vikipediya”da məqalələrin yerləşdirilməsi ilə bağlı gənclərin maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdiyini deyib.

Mərkəzi Elmi Kitabxananın rəhbəri ölkədə könüllülük hərəkatının geniş vüsət aldığını, MEK-in təşkilatçılığı ilə təlimlərə qoşulan könüllülərin də bu prosesin fəal üzvləri olduğunu qeyd edib. O, diaspor könüllülərinin “Vikipediya” hərəkatına böyük dəstək və töhfə verdiyini söyləyib. Onların vikiensklopediyada müxtəlif dillərdə Azərbaycan həqiqətləri və milli-mədəni irsimizlə bağlı silsilə məqalələr yerləşdirdiyini diqqətə çatdırıb.

Könüllülər də öz növbəsində fəaliyyətləri ilə bağlı təəssüratlarını bölüşüblər. Könüllülük fəaliyyətinin onların bilik və bacarıqlarının inkişafında, gələcək kadr kimi formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Sonda könüllüləri təbrik edən S.Zülfüqarova “Vikipediya”nın Azərbaycan dili bölməsində uğurlu fəaliyyətlərinə görə xüsusilə fərqlənən Mehman Məhərrəmov, Məzahim Əzimov, Rəhiməxanım Mürşüdlü, Aişə Bağırova, Arzu Rişanova və başqalarına sertifikatlar təqdim edib. Onlara gələcək işlərində uğurlar diləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.