ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana akademik Dilqəm Tağıyevin biblioqrafik göstəricisini təqdim edir
Bakı, 11 sentyabr, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxana (MEK) akademik Dilqəm Tağıyevin “Azərbaycan elm və mədəniyyət xadimləri seriyasından” biblioqrafik göstəricisini təqdim edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, biblioqrafik göstərici kimyaçı alim Dilqəm Tağıyevin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini, onun 1969-2019-cu illərdəki elmi əsərlərinin biblioqrafiyasını, həmçinin alim haqqında yazılmış mənbələri əhatə edir.
Kitabın elmi redaktoru akademik Vaqif Fərzəliyev, ixtisas redaktoru və məsləhətçisi MEK-in direktoru Sevil Zülfüqarova, tərtibçiləri Günel Əsgərova və Türkan Vahidovadır.
Biblioqrafik göstərici kimya üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab “Elm” nəşriyyatında çap edilib.