ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada “Vikipediya” təlimləri davam edir

Bakı, 17 iyun, AZƏRTAC

Mərkəzi Elmi Kitabxanada (MEK) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnstitutlarının əməkdaşları üçün “Vikipediya” təlimlərinə start verilib.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, təlimlər ənənəvi və AMEA Naxçıvan Bölməsi Elm və Təhsil şöbəsi, Şəki Regional Mərkəzi, eləcə də Gəncə Bölməsi üçün onlayn formatda baş tutacaq.

Təlimin ilk günündə çıxış edən MEK-in baş direktoru professor Məmməd Əliyev bildirib ki, “Vikipediya” maarifləndirici təlimlərinə üç aydır yenidən başlanılıb. “Vikipediya” həm dövlət, həm də vətəndaşlar üçün maraq doğurur və bu sahənin inkişafında ziyalıların üzərinə öhdəliklər düşür. Qalib ölkə Azərbaycan haqqında informasiyanı düzgün şəkildə dünyaya çatdırmaq vətəndaş olaraq bizim borcumuzdur.

Baş direktor təlimlərin keçirilməsində “Qorqud” Vikipediya Metodik Klubunun sədri, Milli Məclisin deputatı Elnur Allahverdiyevin, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin və “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürkün dəstək olduqlarını bildirərək onlara təşəkkür edib. Vurğulanıb ki, təlimdə iştirak edənlər sonda diplom və sertifikatla təltif olunacaqlar.

Tədbirdə çıxış edən “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Azərbaycanda bu sahənin gücləndirilməsi və genişləndirilməsində MEK-in rolundan danışıb. O, bildirib ki, AMEA institutlarının əməkdaşları təlimlərə mütəmadi qatılaraq öz töhfələrini verirlər.

Daha sonra təlimçi Nuray Tanrıverdiyeva “Vikipediya”nın tarixinə nəzər salaraq iştirakçıları təlimlər haqqında məlumatlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.