ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanaya yeni təqdim olunan nəşrlərin sərgisi təşkil edilib
Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sərgi salonunda kitabxananın balansına yeni daxil olmuş nəşrlərdən ibarət sərgi təşkil edilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, nəşrlər sırasında “Yeni dövrə Liderlə”, “Humanizmlə qətiyyətin vəhdəti”, “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə mədəni əməkdaşlığı: 2003-2010-cu illər. Monoqrafiya”, “Azərbaycan ədəbiyyatının sönməz məşəli. Əzizə Cəfərzadə-100”, “Riyaziyyat işığı altında kainat”, “Sözün yaşamaq haqqı”, “XIX əsrin sonu XX əsrin əvvəllərində Şamaxıda təhsil və pedaqoji fikrin inkişafı”, “İnvestisiya proseslərinin idarə edilməsi”, “Travmatologiyanın əsasları” və digərləri yer alıb. Müxtəlif elm sahələrini əhatə edən bu nəşrlər, ənənəvi formada və elektron lövhələrdə sərgilənir.
Sərgi bir həftə davam edəcək.