Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinə (referenduma) yekun vurub

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi məsələsinə baxılıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi 2016-cı il sentyabrın 26-da ümumxalq səsverməsinə (referenduma) çıxarılıb. Referenduma hazırlıq və onun keçirilməsi prosesi seçki qanunvericiliyinin tələbləri əsas götürülməklə, MSK tərəfindən təsdiq edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada reallaşdırılıb. Referendum təyin edildikdən sonra seçicilərin aktiv seçki hüquqlarının təmin edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş müddətdə dəqiqləşdirmələr aparılması üçün seçki məntəqələrində yerləşdirilən seçici siyahılarının ölkə üzrə daimi siyahı kimi tərtibində və ictimailəşdirilməsində hələ ilin əvvəlindən başlanılaraq komissiyalar və aidiyyəti qurumlar tərəfindən geniş və əhatəli iş aparılıb, nəticədə həmin siyahılar yüksək dəqiqliklə hazırlanaraq Komissiyanın internet səhifəsində yerləşdirilib. Eləcə də, seçicilərin referenduma çıxarılan məsələlərlə yaxından tanış edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib, Referendum Aktının layihəsi rəsmi dərc edilərək Azərbaycan Respublikası Prezidentinin, Mərkəzi Seçki Komissiyasının və bir sıra digər qurumların internet səhifələrində yerləşdirilib.

Referendum elan edildikdən qısa müddət sonra Referendum Aktının layihəsi və ümumxalq səsverməsinə çıxarılan məsələlərin seçicilər üçün daha aydın və anlaşılan olması məqsədilə Referendum Aktı layihəsinin Konstitusiyanın mövcud variantı ilə müqayisəli şəkildə təqdimatı hazırlanaraq, qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddətindən daha tez - səsvermə gününə təxminən 45 gün qalmışdan başlayaraq aşağı seçki komissiyaları vasitəsilə seçicilərin ünvanlarına çatdırılıb və arzu edən şəxslərin əldə edə bilmələri üçün hər cür şərait yaradılıb. Səsvermə günü seçicilərin seçimlərinin asanlaşdırılmasında faydalı olmuş bu sənədlər əhalinin sıx olduqları yerlərdə də paylanılaraq, müxtəlif televiziya və radio kanallarında, habelə ictimai yerlərdə qoyulmuş elektron məlumat lövhələrində videoçarxlar şəklində də mütəmadi nümayiş etdirilib. Qeyd edilənlərlə yanaşı, kütləvi informasiya vasitələri Referendum Aktı layihəsinin müzakirəsinə, habelə Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklərə dair çoxsaylı şərhlərə, ekspert rəyləri və ictimaiyyət nümayəndələrinin fikirlərinə geniş yer ayırıb. Referendumun keçirilmə tarixi və səsvermə qaydalarına dair 40-dan artıq müxtəlif növdə yüz minlərlə plakat çap edilərək bütün yaşayış məntəqələrinin ərazisində asılıb, oxşar mövzulara həsr edilən 7 reklam çarxı səsvermə günü də daxil olmaqla, mütəmadi şəkildə hər gün müxtəlif televiziya və radio kanallarında nümayiş etdirilib və səsləndirilib.

Referendumun hazırlanması və keçirilməsi zamanı müxtəlif zəruri mövzularla bağlı geniş maarifləndirmə kampaniyası da aparılıb. Belə ki, Komissiya üzvləri və Katibliyinin əməkdaşlarının bu istiqamətlərdə yüzlərlə çıxış, məqalə və müsahibələrinə kütləvi informasiya vasitələrində geniş yer verilib. Həmçinin respublika üzrə seçki komissiyalarının 33 mindən çox üzvünü əhatə edən müxtəlif səpkili ölkə miqyaslı və regional seminar-müşavirə, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib, aşağı seçki komissiyalarının üzvləri və dairə seçki komissiyalarının kompyuter mütəxəssisləri də daxil olmaqla, çoxsaylı ardıcıl treninqlər gerçəkləşdirilib. Referendumun azad və ədalətli keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edən normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsi məqsədilə Komissiya tərəfindən qəbul olunmuş çoxsaylı təlimat, qayda, izah və digər normativ aktlar toplu halında çap edilərək aşağı seçki komissiyalarına çatdırılıb, mətbuat və internet vasitəsilə ictimailəşdirilib, habelə həmin materialların heç bir mane olmadan maraqlı subyektlər tərəfindən əldə edilməsi üçün hər cür şərait yaradılıb.

Ümumxalq səsverməsində respublika üzrə təşviqat aparmaq hüququna malik olan və ölkə üzrə geniş seçici kütləsini əhatə edən üç referendum üzrə təşviqat qrupu MSK tərəfindən qeydə alınıb. Referendum Aktı layihəsinin geniş və hərtərəfli müzakirəsində əhəmiyyətli rol oynayan həmin qruplara qanunvericilikdə nəzərdə tutulmuş qaydada referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq üçün bərabər əsaslarla geniş imkanlar yaradılıb. Belə ki, qanunvericiliklə müəyyən olunmuş teleradio verilişləri təşkilatlarının kanallarında və dövri nəşrlərin səhifələrində ödənişsiz əsaslarla, habelə 33 KİV-də ödənişli efir vaxtı və dərc imkanları yaradılıb. Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə uyğun olaraq, referendum üzrə təşviqat qruplarına seçicilərlə görüşlər keçirmək üçün respublikanın şəhər və rayonlarında yarısı açıq, yarısı isə qapalı olmaqla ümumilikdə 256 yer ayrılıb, eləcə də referendumqabağı təşviqat kampaniyası dövründə plakatların və digər çap materiallarının yerləşdirilməsi üçün 10 mindən çox xüsusi məlumat lövhələri təşviqat qruplarının ixtiyarına verilib. Sentyabrın 3-də start verilmiş təşviqat kampaniyası sentyabrın 25-dək davam edərək ümumilikdə sivil və müasir tələblərə cavab verən şəraitdə keçirilib və bu dövrdə seçicilərin maarifləndirilməsi, referenduma çıxarılan məsələlərin seçicilərə dolğun çatdırılması istiqamətində əhəmiyyətli işlər görülüb. Təşviqat qrupları tərəfindən seçiciləri Konstitusiyada dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsinin lehinə və ya əleyhinə səs verməyə çağıran 35 minədək plakat, 10 minlərlə digər çap materialları yayılıb və onlar təşviqat kampaniyası müddətində seçicilərlə 1500-ə yaxın görüş keçiriblər.

Referendum geniş ictimaiyyətin də böyük maraq dairəsində olub. Belə ki, səsvermə prosesi müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, referendum üzrə təşviqat qruplarını təmsil edən, habelə öz təşəbbüsləri ilə referendumun müşahidəsinə qatılan 53 mindən çox yerli müşahidəçinin, 33 ölkədən olan 117 beynəlxalq müşahidəçinin, 16 nüfuzlu beynəlxalq KİV-in və heç bir qeydiyyat tələb olunmadan proseslərin izlənilməsinə qatılmış yerli KİV-lərin çoxsaylı nümayəndələrinin müşahidəsi ilə keçirilib. Bütün qeyd edilənlərlə yanaşı, səsvermə prosesi işğal olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində (səsvermə keçirilən məntəqələrin təxminən 20 faizində) quraşdırılmış veb-kameralardan geniş miqyasda izlənməklə qanunvericiliyin tələblərinə müvafiq olaraq azad, ədalətli, şəffaf və geniş aşkarlıq şəraitində keçib. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində məntəqələrdə səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar.

Aşkarlığın təmin olunmasında əlavə vasitə kimi dörd təşkilat tərəfindən referendumda “exit-poll” keçirilib ki, onlardan da ikisi öz fəaliyyətlərini nüfuzlu beynəlxalq təşkilatlarla birgə təşkil ediblər və “exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə demək olar ki, üst-üstə düşüb. Referendumu legitim və milli qanunvericiliyin tələblərinə tam cavab verən proses kimi qiymətləndirən, habelə səsvermənin yüksək səviyyədə təşkilini, səsvermənin nəticələrinə təsir etmək baxımından heç bir qanun pozuntusunun aşkar edilməməsi faktlarını xüsusi qeyd edən Avropa Şurası Parlament Assambleyası da referendum prosesini müsbət qiymətləndirərək digər yerli və beynəlxalq müşahidə subyektləri ilə eyni mövqedən çıxış edib.

Ümumxalq səsverməsində seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 69,7 faizi səsvermədə iştirak edib. Səsvermə günü də daxil olmaqla, bütün referendum prosesi boyunca MSK-ya və aşağı seçki komissiyalarına heç bir şikayət daxil olmayıb. Səsvermə günü seçicilər tərəfindən seçki məntəqələrinin ünvanları, seçici siyahıları və digər bu kimi məsələlərlə bağlı Komissiyanın 115 saylı və elektron qaynar xətlərinə daxil olmuş azsaylı sorğu xarakterli müraciətlərə isə dərhal reaksiya verilərək, operativ şəkildə lazımi addımlar atılıb.

Səsvermə günü seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib. Səsvermə başa çatdıqdan və seçki məntəqələri üzrə səsvermənin nəticələri rəsmiləşdirildikdən sonra seçki məntəqələrinin 70 faizdən çoxundan “online” rejimdə internet səhifəsinə daxil olmuş səsvermənin nəticələrinə dair protokol məlumatları səsvermə günü başa çatdıqdan dərhal sonra MSK tərəfindən ilkin nəticələr kimi elan edilib və elə həmin günün birinci yarısında artıq ölkə üzrə bütün seçki məntəqələrinin protokol məlumatları əsasında səsvermənin ilkin nəticələri tam şəkildə ictimaiyyətə çatdırılıb.

Seçki dairələri üzrə səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarının protokolları qanunla müəyyən olunmuş qaydada səsvermə günündən sonra 2 gün müddətində ona əlavə edilməli olan sənədlərlə birlikdə MSK-ya təqdim edilib və həmin sənədlər, eləcə də digər aidiyyəti materiallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə tam, hərtərəfli və obyektiv surətdə araşdırılıb.

Komissiya bəzi seçki məntəqələri üzrə seçicilərin iradəsinin müəyyən olunmasının qeyri-mümkünlüyü, səsvermənin təşkilində nöqsanlara yol verilməsi və səsvermə prosedurlarına tam əməl edilməməsi halları müəyyən edildiyindən 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin tam şəkildə və 1 seçki məntəqəsi üzrə qismən etibarsız hesab edilməsinə, ümumilikdə isə 6 məntəqə seçki komissiyasının buraxılmasına qərar verib. MSK, eyni zamanda, digər seçki dairələri üzrə səsvermənin nəticələri düzgün müəyyən olunduğundan və rəsmiləşdirildiyindən səsvermənin nəticələri barədə Komissiyanın Protokolunun təsdiq edilərək referenduma yekun vurulması və referendumun yekunlarının elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın mətninin dərc edilməsini qərara alıb.

İclasda beynəlxalq qurum və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib