İQTİSADİYYAT


“Mərkəzi-Şərqi Azəri” platformasından hasilat 2023-cü ildə proqnozlaşdırılır

Bakı, 31 oktyabr, AZƏRTAC

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində “Mərkəzi-Şərqi Azəri” layihəsi (yeni platforma) üzrə hasilat 2023-cü ildə nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə BP şirkətinin “Mərkəzi-Şərqi Azəri” layihəsinin (yeni platforma) ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı ilə əlaqədar ictimaiyyətlə keçirdiyi görüşdə deyilib.

Bildirilib ki, layihə üzrə quruda, tikinti-quraşdırma meydançalarında aparılan tikinti və istismara hazırlıq fəaliyyətlərinin əksəriyyətinin cari qrafikə əsasən 2019-cu ilin ortalarından 2022-ci ilin ortalarına qədər davam edəcəyi gözlənilir. İlkin hasilat quraşdırma, qabaqlayıcı quyuların birləşdirilməsi və işəsalma işləri tamamlandıqdan sonra 2023-cü ildə proqnozlaşdırılır.

“Mərkəzi-Şərqi Azəri” layihəsi AÇG müqavilə ərazisində işlənmənin növbəti mərhələsini təşkil edir. Layihə suyun təxminən 137 metr dərinliyində, "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, 3 yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, "Şərqi Azəri" platformasından "Mərkəzi-Şərqi Azəri" platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarətdir.

Platformanın üst modulunun və dayaq blokunun inşa olunacağı potensial tikinti-quraşdırma meydançalarına bundan əvvəlki AÇG işlənməsi fazalarında istifadə edilmiş Bakı dərin özülləri zavodu (BDÖZ) və Bayıl (keçmişdə "Amec-Tekfen-Azfen" (ATA) sahəsi kimi tanınan) sahələri daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.