İDMAN
Mersində keçiriləcək Avropa çempionatında Azərbaycanı 10 idman gimnastı təmsil edəcək
Bakı, 12 noyabr, AZƏRTAC
Dekabrın 9-dan 13-dək Türkiyənin Mersin şəhərində kişi idman gimnastları arasında 34-cü Avropa çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarış iki – böyüklər və yeniyetmələr yaş kateqoriyası üzrə təşkil olunacaq.
Çempionatda böyüklərin yarışında ölkəmizi Murad Ağarzayev, Sərvər Əliyev, Cavidan Babayev, Ağamurad Qəhrəmanov və İvan Tixonov təmsil edəcəklər. Yeniyetmələrin mübarizəsində isə Anar Həsənov, Rəsul Əhmədzadə, Səməd Məmmədli, Mənsum Səfərov və Ramin Dəmirov medallar uğrunda yarışacaqlar.
Çempionatda Olimpiya Oyunlarının qalibləri ilə yanaşı, qitə və dünya çempionatının mükafatçıları mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatında 19 ölkədən 120-dən artıq gimnast birincilik uğrunda gücünü sınayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:07]
Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]