CƏMİYYƏT


“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 512-yə çatıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı 512-ə çatıb. Onların 268-i dövlət, 244-ü özəl müəssisələrdir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işəgötürənlər Vətən müharibəsi qazilərinin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona 2518 vakansiya təqdim ediblər.

Vakansiyalar üzrə verilən göndərişlər əsasında 122-i şəhid ailəsi üzvü və 614-ü qazi olmaqla ümumilikdə 736 nəfər işlə təmin olunub. Həmin kateqoriyalardan olan vətəndaşlara vakansiyalar üzrə göndərişlərin verilməsi prosesi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsi qaziləri isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.