İDMAN


Məşhur bolqarıstanlı gimnast Tanya Stavreva Azərbaycan Velosiped Federasiyasının qonağı olub

Məşhur bolqarıstanlı gimnast Tanya Stavreva Azərbaycan Velosiped Federasiyasının qonağı olub

Bakı, 29 noyabr, AZƏRTAC

Milli Gimnastika Arenasında təşkil olunmuş bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışı ilə bağlı ölkəmizdə səfərdə olan məşhur bolqarıstanlı keçmiş gimnast, dünya və Avropa çempionu Tanya Stavreva Azərbaycan Velosiped Federasiyasının (AVF) qonağı olub.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, tanınmış idmançını qarşılayan AVF-nin baş katibi Elnarə Musayeva və Respublika Velotrekinin direktoru Tamerlan Salahov onu idman qurğusu ilə yaxından tanış ediblər.

Qonaq yarış treki, BMX meydançası, velosiped boksları, fitnes zalı, velosipedə aid muzey, Respublika Velotrekinin tərkibində fəaliyyət göstərən hotel və Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbində olub. O, AVF-in iş otaqlarına baş çəkərək Federasiyanın əməkdaşları ilə söhbət edib.

E.Musayeva idmançıya AVF-in fəaliyyəti, əldə olunan uğurlar, qarşıdakı planlar haqqında ətraflı məlumatlar verib.

T.Stavreva səmimi qarşılanmaya və geniş informasiya tutumlu məlumatlara görə minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.