İDMAN


Məşhur müğənni Enrike İqlesias Bakıda “Formula-1 Şəhərciyi”ndə konsert verib VİDEO

Bakı, 18 iyun, Səxavət Quliyev, AZƏRTAC 

İyunun 18-də Formula-1 Avropa Qran-prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından sonra azarkeşlər axşam saatlarında yenidən “Formula-1 Şəhərciyi”nə toplaşıblar.

AZƏRTAC xəbər verir ki dünyanın ən məşhur canlı musiqi ifaçısı kimi tanınan Enrike İqlesias unudulmaz konsert proqramı ilə səhnədə yer alıb. “Latın pop musiqisinin kralı” adlandırılan ispanəsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirib. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı təsnifat yarışları başa çatdıqdan sonra Formula-1 azarkeşlərini əyləncə bayramına səsləyib.

“Formula-1 Şəhərciyi”ndə yarış günləri ərzində səyyar məzhəkəçi aktyorlar tamaşaçıların istirahətinə xüsusi rəng qatır. Səyyar proqrama Güzgü Adam, aktyor Spandi Andi, Ağacayaq, Küçə Rəssamları, Titan Robot və ənənəvi Azərbaycan rəqsləri daxildir. Həmçinin yerüstü 3D illüziya incəsənət nümunələri, 8 metr hündürlüyündə dırmanma divarı, hava tunelində uçuş, müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlərin çıxışı, batut şousu da azarkeşlərə təqdim olunur.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti trekdə dincəlməyə yer axtaranları da diqqətdən kənarda qoymayıb. Trekdəki gərginlikdən bir qədər uzaqlaşmaq istəyənlər çuval formalı rahat oturacaqlarda, çətirlərin altında, divanlarda, kiçik masalarda və şezlonqlarda istirahət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.