ELM VƏ TƏHSİL
Mətanət Xudiyeva: Monitorinq nəticəsində qeydə alınmış 2500 dil faktından 1769-u hesabata daxil edilib
Bakı, 25 noyabr, AZƏRTAC
Monitorinq nəticəsində qeydə alınmış 2500 dil faktından 1769-u hesabata daxil edilib, 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvi müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi Mətanət Xudiyeva “Qəzetlərin dili monitorinq aynasında” adlı tədbirdə çıxışı zamanı söyləyib.
Aşkar edilmiş nöqsanları təhlil edən Mətanət Xudiyeva səhvlərin daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunduğunu vurğulayıb.