CƏMİYYƏT
Mətbuat Şurasında tanınmış isveçrəli jurnalistin iştirakı ilə seminar keçiriləcək
Bakı, 9 aprel, AZƏRTAC
İsveçrəli tanınmış jurnalist və pedaqoq Aleksandra Starkın iştirakı ilə aprelin 10-da Azərbaycan Mətbuat Şurasında ölkəmizin kütləvi informasiya vasitələrinin təmsilçilərinin bir qrupu üçün onlayn media və sosial şəbəkələr mövzusunda seminar keçiriləcək.
Tanınmış jurnalistin ölkəmizə səfəri Azərbaycan Mətbuat Şurasının və İsveçrənin Bakıdakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb.
Azərbaycana səfəri çərçivəsində A.Stark aprelin 11-də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri qarşısında məruzə ilə çıxış edəcək, bilik və təcrübəsini bölüşəcək.
Qeyd edək ki, ötən il oktyabrın 27-də İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder Mətbuat Şurasında olub, Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşovla görüşüb. Görüşdə ölkələrimizin jurnalistləri arasında səmərəli əməkdaşlıq məsələləri nəzərdən keçirilib. İsveçrə jurnalistlərinin Azərbaycana səfərlərinin təşkili, həmçinin peşəkarlığın artırılması yolları, birgə konfrans və seminarların keçirilməsi əsas müzakirə mövzusu olub. A.Starkın ölkəmizə səfəri bu istiqamətdə ilk addımdır.