CƏMİYYƏT


Mətbuatda dərc olunan məlumatların yoxlanması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qanunla tənzimlənir

Bakı, 24 yanvar, AZƏRTAC 

Mətbuatda dərc olunan məlumatların yoxlanması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunla tənzimlənir.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-a bildirib ki, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanunda bu barədə konkret müddəa var. Kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində səbəb və əsaslar yarada bilər. Bunu nəzərə alaraq jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, faktı ictimailəşdirməzdən əvvəl onu aidiyyəti üzrə dəqiqləşdirməlidirlər.

Qeyd edilib ki, bəzi jurnalistlərlə yanaşı, sosial şəbəkə istifadəçiləri də rastlaşdığı faktı, yaxud “feyk” xəbəri rahatlıqla ictimailəşdirir. Bəzən əsassız yayılan informasiyanın dəqiqləşdirilməsi üçün saatlarla vaxt lazım olur. İnformasiya saytları ilə yanaşı, sosial mediada həmin məlumatlar kütləvi paylaşılır, xəbərin mahiyyətindən xəbərsiz olanlar rəylər yazır, ittihamlar səsləndirirlər. Belə olduqda meyarlar pozulur. Bu, ənənəvi mediadan fərqli olaraq sosial şəbəkələrdə ani emosional münasibət, isterika yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.