DÜNYA


“Microsoft” şirkəti “Windows” üçün universal "smartfon meneceri"ni sınaqdan keçirir

Bakı, 2 avqust, AZƏRTAC

"Microsoft" şirkəti "Android" sisteminin idarəetməsi altında işləyən smartfon və "Windows" sistemi ilə işləyən kompüter arasında faylların sürətli sinxronlaşdırılması üçün yeni "Your Phone" mobil proqramını sınaqdan keçirməyə başlayıb. Bu proqram vasitəsilə sadəcə faylları tutub çəkməklə onları bir qurğudan digərinə ani daşımaq mümkündür.

AZƏRTAC "vesti.ru" saytına istinadla xəbər verir ki, məsələn, "Your Phone" mobil tətbiqi sayəsində smartfondakı şəkil birbaşa "PowerPoint" təqdimatına yerləşdirilə bilər. Daha sonra bir çox imkanlar əlçatan olacaq: məsələn, istifadəçilər mətn mesajlarını oxuya və onları cavablandıra, bildirişlər ala biləcəklər.

"Windows 10 Insider Preview" (17728) quraşdırmasının ilkin versiyasında "Your Phone" dəstəklənir. Hələ ki "Windows Insider" proqramının iştirakçıları həmin proqramı yükləyə bilərlər. "Android" platformasında (7.0 və yuxarı versiya) eksperimental tətbiq yaxın həftələrdə əlçatan olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.