ELM VƏ TƏHSİL
Mikayıl Cabbarov: Ali məktəblərdə hazırlıq siniflərinin yaradılması Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Prezidentin müvafiq Sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı qaydalar təsdiqlənməlidir. Həmin qaydalarda hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov oktyabrın 6-da jurnalistlərə açıqlamasında deyib.
Ali məktəblərdə hazırlıq siniflərinin təşkili ilə bağlı məsələyə aydınlıq gətirən nazir bildirib: “Hazırda yeni qaydalar hazırlanır və bunlar tam hazır olduqdan sonra mexanizmin tətbiqinə başlanılacaq”.
M.Cabbarov qeyd edib ki, hansı universitetlərdə hansı ixtisaslar üzrə hazırlıq siniflərinin olacağına dair qərarlar növbəti mərhələlərdə veriləcək. Hazırda müvafiq ekspertlər, Təhsil Nazirliyinin aidiyyəti şöbələri tərəfindən bu istiqamətdə iş aparılır. Müəyyən müddətdən sonra bu məlumat ictimailəşdiriləcək.