MƏDƏNİYYƏT


Mikayıl Müşfiq və Əli Kərim yaradıcılığı İspaniya elektron ədəbiyyat jurnalında

Bakı, 25 yanvar, AZƏRTAC

İspaniyanın populyar “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində istedadlı Azərbaycan şairləri Mikayıl Müşfiqin və Əli Kərimin ispan dilinə tərcümə olunmuş şeirlərinin və yaradıcılığı haqqında məlumatın yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Mikayıl Müşfiq poeziyasının şah əsərləri sayılan “Küləklər”, “Yenə o bağ olaydı”, Əli Kərimin məşhur “Qış günündə” və “Daş” şeirlərinin ispan dilinə sətri tərcümə müəllifi Tutuxanım Yunusova, bədii tərcümə müəllifi tanınmış ispan tərcüməçisi Raul Poggi Alexandrodur.

Qeyd edək ki, “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində İzabella Berd, Tomas Mann, Qabriel Qarsia Markes, Mario Varqas Lyosa, Blanka Andreu kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.