ELM VƏ TƏHSİL
Mikrobiologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 10 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu ilə Özbəkistan Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mikrobiologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, sənədi Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov və Özbəkistan Mikrobiologiya İnstitutunun direktoru professor Kahramon Davranov imzalayıblar.
Memorandumda hər iki ölkə üçün aktual sayılan mikrobiologiya elminin müxtəlif sahələrində birgə tədqiqat işlərinin aparılması, elmi tədbirlərin keçirilməsi, kadr hazırlığı və digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulub.