ELM VƏ TƏHSİL
Mikrobiologiya İnstitutunda distant təhsil davam edir
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunda I kursda təhsil alan magistrantlar üçün dərs cədvəlinə uyğun distant tədris davam edir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədris prosesinə cəlb edilmiş alimlər öz işçi planlarında nəzərdə tutduqları mövzuların tədrisini internet üzərindən müxtəlif proqram-texniki vasitələrlə həyata keçirir, mühazirə və təqdimatların, tapşırıqların elektron variantını e-poçt vasitəsilə magistrantlara göndərirlər.
Mikroorqanizmlərin sistematikası dərsi fənn müəllimi institutun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradov, Su mikrobiologiyası dərsi biologiya üzrə fəlsəfə doktoru Anar Hüseynov, “Mikrob mənşəli BAM” dərsi biologiya elmləri doktoru Könul Baxşəliyeva, Torpaq mikrobiologiyası dərsi isə biologiya elmləri doktoru Samirə Nəcəfova tərəfindən tədris edilir.