DÜNYA


Mikroneziyada sərnişin təyyarəsi eniş zamanı suya düşüb VİDEO

Mikroneziyada sərnişin təyyarəsi eniş zamanı suya düşüb VİDEO

Tokio, 28 sentyabr, AZƏRTAC 

Papua-Yeni Qvineyanın “Air Niugini” milli aviaşirkətinə məxsus “Boeing 737-800” sərnişin təyyarəsi Mikroneziyaya məxsus sularda qəza enişi edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Pacific Daily News” qəzeti aeroportun rəhbərliyinə istinadla məlumat yayıb.

Hadisə sentyabrın 28-də yerli vaxtla səhər saatlarında baş verib. Truk adasına uçan təyyarə uçuş-enmə zolağından təqribən 150 metr məsafədə suya düşüb. Təyyarənin göyərtəsində 36 sərnişin və 11 heyət üzvü olub.

Mikroneziyanın Truk ştatının aeroportunun rəisi Cimmi Emilionun bildirdiyinə görə, hazırda həkimlər təyyarədəkiləri müayinədən keçirirlər. Ciddi xəsarət alanlar barədə hələlik məlumat verilmir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.