İDMAN


“Milan” Patrik Kutrone ilə müqavilənin müddətini uzadıb

Bakı, 16 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

İtaliyanın “Milan” klubu gənc ulduzu olan Patrik Kutrone ilə müqaviləsini uzadıb.

AZƏRTAC “Milan” klubunun rəsmi saytına istinadla xəbər verir ki, 20 yaşlı futbolçu daha beş il “Milan” klubunun şərəfini qoruyacaq. Klub öz yetirməsi sayılan gənc hücumçuya 1,5 milyon avro ilə ödəyəcək.

“Mən bu klubda çox xoşbəxtəm. Bura mənim ikinci evimdi. Artıq 4 ildir ki, “Milan”nın formasını geyinirəm və bununla çox qürur duyuram. Ümidvaram ki, qarşıdakı illərdə də klubun yenidən zirvələrə qalxmağına faydalı olacağam”, – deyə italiyalı bildirib.

Qeyd edək, cari mövsümdə İtaliya A Seriyasında Patrik klubun ən sərrast hücumçusu olub (17 qol).

Bu mövsüm isə “rossoneri”lərin heyətində 6 dəfə meydana çıxıb, 3 dəfə fərqlənib. Patrik Kutronenin hesabında iki məhsuldar ötürmə var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.