İDMAN


“Milan” klubu “Real Madrid” və “Zenit”in futbolçularını transfer etmək istəyir

Bakı, 1 iyun, AZƏRTAC

İtaliyanın “Milan” klubunun hücum xəttinə transfer hədəfləri bəlli olub.

AZƏRTAC xəbər verir ki, Milan təmsilçisi əsasən mərkəz hücumçusu mövqeyinə futbolçu transfer etmək istəyir. İtaliya klubunun rəhbərliyi “Real Madrid”in hücumçusu Luka Yoviçi və ya “Zenit”in iranlı futbolçusu Sərdar Azmunu transfer etmək niyyətindədir.

“Rossoneri”lər bundan başqa, müqavilə ilə “Real Madrid”ə məxsus olan hazırda “Real Sosyedad” komandasında çıxış edən Martin Edeqoru heyətə qatmaq istəyirlər.

Qeyd edək ki, “Milan” hazırda dayandırılmış A Seriyasında 36 xalla 7-ci pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.