ELM VƏ TƏHSİL


Milli Aviasiya Akademiyasının tələbələri Mərkəzi Elmi Kitabxananın vikitəlimlərində iştirak ediblər

Bakı, 2 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təlimçiləri tərəfindən digər müəssisələrin nümayəndələrinə, həmçinin ali məktəblərin müəllim və tələbə heyətinə müxtəlif təlimlər keçirilir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, vikitəlimlərdə Milli Aviasiya Akademiyasının tələbələri də iştirak ediblər. Təlimçi Səbinə Abızadə tələbələri “Vikipediya”da məqalə yaratmağın qaydaları barədə məlumatlandırıb.

Qeyd edək ki, Milli Aviasiya Akademiyasının tələbələri tərəfindən “Vikipediya”da texnika və aviasiya mövzuları üzrə 200-dən çox məqalə yerləşdirilib. Tələbələr tərəfindən aviasiya sahəsində məqalə yaradılması və redaktə olunması davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.