ELM VƏ TƏHSİL


Milli Azərbaycan Ədəbiyyatı Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

Bakı, 9 sentyabr, AZƏRTAC 

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Ədəbiyyat Muzeyi aşağıdakı vəzifələr üçün vakansiya elan edir:

-Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinə böyük elmi işçi (1 yer) və elmi işçi (1 yer);

-“Ekspozisiyanın qorunması, izahı və audio müşayiətin təmini” şöbəsinə

böyük elmi işçi (1 yer).

Müsabiqədə filologiya üzrə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən 1 ay müddətinə aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: AZ 1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Telefon: (+994 12) 492 61 37

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.