MƏDƏNİYYƏT


Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı “Ən yaxşı vətənpərvər tədqiqatçı alim”dir

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin beynəlxalq əlaqələr və komporativistika şöbəsinin müdiri, filologiya elmləri doktoru Şəfəq Əlibəyli “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Ş.Əlibəyli bu mükafata milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətdəki fəal ziyalı mövqeyi, uğurlu elmi-tədqiqatları, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və ölkədə filologiya elminin inkişafı istiqamətində xidmətlərinə görə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.